Bakıda 12 yaşlı qız özünü 2-ci mərtəbədən ataraq intihara cəhd edib
Paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən 94 nömrəli tam orta məktəbdə dəhşətli insident baş verib.
hadiseler.info “APA”ya istinadən xəbər verir ki, 2014-cü il təvəllüdlü Günay Səlimova (şərti adla) təhsil aldığı məktəbin ikinci mərtəbəsindən özünü ataraq intihara cəhd edib.
Dərhal hadisə yerinə təcili tibbi yardım cəlb olunub. Məktəbli hazırda Sabunçu Tibb Mərkəzinə yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisədən sonra uşağın çantasından psixotrop dərmanlar aşkar edilib.
Məktəb direktorunun verdiyi məlumata görə, son bir ay ərzində 12 yaşlı şagird üçün məktəbə 3-4 dəfə təcili tibbi yardım çağırılıb.
Həmçinin azyaşlının rəfiqəsinə bildirdiyi iddiaya görə, sentyabrın 10-15-i tarixləri arasında o, əmisinin zorakılıq cəhdinə məruz qalıb.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən geniş araşdırma aparılır.
No Comment! Be the first one.