Dəfn mərasimində inanılmaz hadisə: 15 yaşlı qız tabutda oyandı – VİDEO
Qvatemalanın El-Xokote yaşayış məntəqəsində hər kəsi şoka salan qeyri-adi hadisə baş verib. Atası tərəfindən vəfat etdiyi zənn edilən 15 yaşlı Yuleydi İskotoyak dəfn mərasimi zamanı tabutda özünə gəlib.
hadiseler.info “The Sun” nəşrinə istinadən xəbər verir ki, yeniyetmənin atası, pastor Abraham İskotoyak qızını tibb mərkəzinə apararkən Yuleydi huşunu itirib. Nəbz və tənəffüs hissi ala bilməyən ata həkim rəyi olmadan qızının öldüyünü düşünüb və ailə dərhal dəfn hazırlıqlarına başlayıb.
Vida mərasimi zamanı tabutun baş tərəfində duran ana qızının hərəkət etdiyini hiss edib. Tabutun pəncərəsi açıldıqdan sonra 15 yaşlı qız ayılaraq tabutda əyləşib. Şoka düşən qohumları ona tabutdan çıxmağa kömək ediblər. Qızın həkim müayinəsindən keçmədən öldüyünün elan edilməsi bu anların yaşanmasına səbəb olub.
Hazırda 15 yaşlı Yuleydinin səhhəti qaydasındadır və o, ev şəraitində bərpa olunur. Hadisə ilə bağlı yerli rəsmi qurumlar hələlik açıqlama verməyib.
No Comment! Be the first one.