Bakıda ictimai asayişi pozmağa cəhd göstərən şəxslər saxlanıldı
Bakıda “28 May” metro stansiyasının yaxınlığında ictimai asayişi pozmağa cəhd göstərən bir qrup şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
hadiseler.info “Oxu.Az”a istinadən xəbər verir ki, hadisə ilə bağlı görüntülər və məlumatlar sosial şəbəkələrdə yayılıb.
Məlumata görə, insident məktəblərdə vahid geyim formasının tətbiqi ilə bağlı qərara etiraz cəhdi zamanı meydana gəlib. Ərazidə xidmət aparan hüquq-mühafizə orqanlarının əməkdaşları operativ müdaxilə edərək ictimai asayişin pozulmasının qarşısını alıblar. Qanunsuz aksiyaya cəhd edən şəxslərdən 200-dən çoxunun saxlanıldığı bildirilir.

No Comment! Be the first one.