“44” bədii filminin premyerası keçirildi – Arzu Əliyeva və Alyona Əliyeva təqdimatda- FOTOLAR
Oktyabrın 12-də Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Vətən müharibəsindəki tarixi qələbəsinə və qəhrəmanlığına həsr olunan “44” bədii filminin təqdimat mərasimi baş tutub.
hadiseler.info AZƏRTAC-a istinadən xəbər verir ki, filmin təqdimat mərasimində Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alyona Əliyeva iştirak ediblər. Filmin nümayişindən öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mədəniyyət Nazirliyi, Kino Agentliyi və Bakı Media Mərkəzinin dəstəyi ilə ərsəyə gələn bu böyük kinematoqrafik layihənin hazırlıq və çəkiliş prosesi 5 il davam edib. Bədii rəhbəri Anar Ələkbərov, quruluşçu rejissorları İsmayıl Səfərəli və Maksim Smetana olan filmdə Azərbaycan aktyorları ilə yanaşı, Türkiyənin tanınmış aktrisası Özge Gürel də rol alıb. Çəkilişlər Bakı, Şuşa, Xocalı, Füzuli, Cəbrayıl və digər azad olunmuş ərazilər daxil olmaqla 130-dan çox məkanı əhatə edib. Layihənin ərsəyə gəlməsində 2500 hərbçi, Xüsusi Təyinatlı Qüvvələrin döyüşçüləri və 13 xarici ölkədən peşəkar mütəxəssislər iştirak ediblər.
Film bir kursantın gözü ilə canlandırılan qəhrəmanlıq və məhəbbət dramını, Zəfərə gedən fədakarlıq yolunu təcəssüm etdirir. Ekran əsəri oktyabrın 15-dən etibarən ölkə kinoteatrlarında nümayiş olunacaq.










No Comment! Be the first one.