“Breaking Bad” serialının məşhur aktyoru vəfat etdi
Dünyaca məşhur “Breaking Bad” serialında Uolter Uaytın oğlu Flinn obrazı ilə tanınan amerikalı aktyor Roy Frenk Mitte 34 yaşında dünyasını dəyişib.
hadiseler.info xarici KİV-ə istinadən xəbər verir ki, aktyorun ABŞ-nin Texas ştatında vəfat etdiyi yerli rəsmi qurumlar tərəfindən təsdiqlənib.
Sosial şəbəkələrdə və bəzi medialarda onun intihar etməsi barədə iddialar yayılsa da, ölümün dəqiq səbəbləri ilə bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, serebral iflic xəstəliyindən əziyyət çəkən Mitte təkcə aktyorluq fəaliyyəti ilə deyil, həm də əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi istiqamətindəki fəallığı ilə seçilib. O, “Birləşmiş Serebral İflic” təşkilatı və “Shriners Children’s” fondunun səfiri kimi də fəaliyyət göstərib. Aktyor “Breaking Bad” serialının 56 seriyasında rol almaqla yanaşı, “The Oak Room”, “The Recall” və “The Guardians of Justice” kimi ekran əsərlərində də çıxış edib.
No Comment! Be the first one.