“Sabah” Çempionlar Liqasında ilk ev oyununa çıxır
Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində 2-ci turun oyunlarına start verilir.
hadiseler.info xəbər verir ki, Azərbaycan çempionu “Sabah” turnirdə ilk dəfə öz azarkeşləri önündə mübarizə aparacaq.
Masazır təmsilçisi Bakı Olimpiya Stadionunda Çexiyanın “Slaviya” (Praqa) klubunu qəbul edəcək. Saat 20:45-də başlanacaq qarşılaşmanı Avstriyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Sebastian Qishamer olacaq.
Xatırladaq ki, turnirin ilk turunda “Sabah” səfərdə İngiltərənin “Mançester Yunayted” klubuna (0:4), “Slaviya” isə öz meydanında Fransanın “Lans” komandasına (2:3) məğlub olub.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, II tur
13 oktyabr
20:45. “Sabah” (Azərbaycan) – “Slaviya” (Çexiya)
Hakimlər: Sebastian Qishamer, Roland Ridel, Santino Şrayner, Valter Altmann, Alan Kiyas (VAR), Josef Spurni (AVAR)
Stadion: Bakı Olimpiya Stadionu
No Comment! Be the first one.