“Gəncə” basketbol klubu FIBA Avropa Kubokunda ilk ev oyununa çıxır
Bu gün “Gəncə” basketbol klubu FIBA Avropa Kubokunun müntəzəm mövsümündə ilk dəfə öz azarkeşləri önündə mübarizə aparacaq.
hadiseler.info xəbər verir ki, Martin Knejeviçin baş məşqçisi olduğu komanda doğma meydanda Yunanıstan təmsilçisi “Kolossos” ilə qarşılaşacaq.
Matç saat 19:00-da Gəncə İdman Sarayında start götürəcək.
Xatırladaq ki, “Gəncə” turnirin ilk turunda səfərdə Türkiyənin “Esenler Erokspor” klubuna 63:92 hesabı ilə məğlub olub.
No Comment! Be the first one.