Bakıda 556 küçə yuyuldu – FOTOLAR
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən paytaxtda sanitar təmizlik səviyyəsinin daha da yüksəldilməsi və yaşıllıqlara qulluq göstərilməsi məqsədilə genişmiqyaslı ümumşəhər iməcliyi keçirilib.
hadiseler.info xəbər verir ki, səhər saatlarından etibarən kommunal təsərrüfat xidmətlərinin xüsusi texnikası vasitəsilə şəhərin 556 əsas küçə və prospekti bitkilərə və canlılara ziyansız olan xüsusi yuyucu maddələrlə yuyulub. Qeyd olunub ki, istifadə edilən maddələr beynəlxalq standartlara cavab verir və heç bir təhlükəsi yoxdur.
Eyni zamanda, sakinlərin və şəhərin qonaqlarının asudə vaxtını səmərəli təşkil etmək məqsədilə bu gün saat 19:00-dan başlayaraq bir neçə məkianda açıq hava konsertləri təşkil olunacaq. Konsertlər Xətai rayonundakı “Nizami Gəncəvi” parkında, Nərimanov rayonunda “Gənclik” metrostansiyası yaxınlığındakı parkın amfiteatrında, Yasamal rayonunun Meşə parkında, eləcə də Nizami rayonundakı Heydər Əliyev və Mərkəzi Nəbatat parkında keçiriləcək.






No Comment! Be the first one.