Bakıda İRONMAN 70.3 yarışı ilə əlaqədar 13 avtobusun hərəkət sxemi dəyişdirilir
Sentyabrın 5-də Bakıda keçiriləcək İRONMAN 70.3 yarışı ilə əlaqədar tətbiq ediləcək yol məhdudiyyətlərinə görə 13 müntəzəm avtobus marşrutunun (5, 6, 53, 72, 88, 120A, 125, 149, 149E, 164, 195, 205 və E1 nömrəli) hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.
hadiseler.info xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Dəyişikliyə əsasən marşrutların hərəkəti aşağıdakı kimi tənzimlənəcək:
72, 120A, 125, 149, 149E, 205 və E1 nömrəli marşrutlar: “Azneft dairəsi” istiqamətində Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yolu – İpək yolu – Mikayıl Müşfiq küçəsi – Nəriman Nərimanov prospekti – Mehdi Hüseyn küçəsi – Şeyx Şamil küçəsi – İstiqlaliyyət küçəsi – Niyazi küçəsi marşrutu ilə hərəkət edəcək.
5, 6, 53 və 88 nömrəli marşrutlar: Dənizkənarı küçəsində yerləşən Su İdmanı Sarayı, Bakı Kristal Zalı və Dövlət Bayrağı Meydanı qarşısındakı dayanacaqlar tədbir ərazisinə daxil olduğu üçün avtobuslar bu dayanacaqlara daxil olmadan fəaliyyət göstərəcək.
No Comment! Be the first one.