Hadisələr.info
Hadisələr.info
Quick Access
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Instagram
Youtube
X
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Son dəqiqə
Zelenski: “Bu qışı Rusiya üçün də çətinləşdirməkdən başqa çarəmiz qalmayacaq”
Ronaldu karyerasını başa vurmaq ehtimalından danışdı
Şəkidə ağır yol qəzası: Bir ailənin 4 üzvü xəsarət aldı- VİDEO
Hadisələr.info
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
2M
3K
420K
Hadisələr.info
Hadisələr.info
Quick Access
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Instagram
Youtube
X
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Son dəqiqə
Zelenski: “Bu qışı Rusiya üçün də çətinləşdirməkdən başqa çarəmiz qalmayacaq”
Ronaldu karyerasını başa vurmaq ehtimalından danışdı
Şəkidə ağır yol qəzası: Bir ailənin 4 üzvü xəsarət aldı- VİDEO
Cəmiyyət

Bakıda kirayə evlər niyə bahalaşır? – Tələbələrin mənzil problemi- EKSPERT AÇIQLADI

Sentyabr 7, 2026
90 Views

Yeni tədris ilinin başlaması ilə əlaqədar Bakıda kirayə mənzil bazarında kəskin qiymət artımı müşahid olunur. Xüsusilə ali təhsil müəssisələrinə qəbul olan və regionlardan paytaxta axın edən tələbələr mənzil tapmaqda ciddi çətinliklərlə qarşılaşırlar.

Hadisələr.info xəbər verir ki, paytaxtda kirayə mənzillərə tələbatın artması fonunda qiymətlərin kəskin yüksəlməsi tələbələrin və onların valideynlərinin maddi yükünü artırıb.

Ekspertlərdən xəbərdarlıq: Tələbat qiymətləri qaldırır

Əmlak eksperti Anar Nəsibov bildirib ki, qiymət artımı mənzilin təmirindən, yerləşdiyi binadan və xüsusən də məkandan asılı olaraq dəyişir. Tələbə axını dövründə xüsusilə Yasamal rayonu və “Elmlər Akademiyası” metrosu ətrafında mənzillərə tələb kəskin artır, bu da qiymətlərin yüksəlməsinə birbaşa təsir göstərir.

İqtisadçı Xalid Kərimli isə diqqəti paytaxtda təhsil alanların yarıdan çoxunun regionlardan gəldiyinə çəkərək problemin əsas həll yolunu universitetlərin yataqxana sistemində görür:

“Universitetə daxil olanların ən azı yarısından çoxu regionlarda yaşayan şəxslərdir və bunlar şəhərə gələndə əlavə bazarda tələb yaradırlar və qiymətlərin qalxmasına və en azı düşməməsinə səbəb olurlar. Tələbələrin bu prosesdən az əziyyət çəkməsinin həllini universitetlər irəli sürməlidir. Universitetlər daha çox tələbəni universitetə cəlb eləmək üçün artıq öz yataqxanalarının müasir tələblərə cavab verən yataqxana sistemini mümkün qədər irəli sürməlidirlər. Yəni burada problem kirayə bazarından çox, universitetlərin tələbələr üçün güzəştli şərtlərlə kirayə qala biləcəyi yataqxana sistemini təklif edə bilməməsidir.”

Yataqxanalar ehtiyacı qarşılamır:

Mövcud statistika göstərir ki, paytaxtın aparıcı ali məktəblərindəki yataqxana yerlərinin sayı tələbələrin ehtiyacının çox kiçik bir hissəsini qarşılayır. Belə ki, Bakı Dövlət Universitetində 220, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində 450, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 320, Azərbaycan Dillər Universitetində isə cəmi 205 yataqxana yeri mövcuddur.

Yataqxana yerlərinin bu dərəcədə məhdud olması hər il minlərlə tələbəni kütləvi şəkildə kirayə mənzil bazarına yönəldir. Bu baxımdan, problem kompleks şəkildə həll olunmayacağı təqdirdə tələbələrin mənzil təminatı hər tədris ilinin əvvəlində əsas sosial problemlərdən biri olaraq qalacaq.

Tags:

#AnarNəsibov#Bakı#HadiselerInfo#KirayəEvlər#MənzilBöhranı#Tələbələr#XalidKərimli

Share Article

Follow Me Written By

Ayla

Other Articles

Previous

Məşhur aktyor Serhat Kılıçın son görüntüləri yayıldı – Sevgilisinin ifadəsi məlum oldu- VİDEO

Next

Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib

Next
Sentyabr 7, 2026

Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib

Previous
Sentyabr 7, 2026

Məşhur aktyor Serhat Kılıçın son görüntüləri yayıldı – Sevgilisinin ifadəsi məlum oldu- VİDEO

No Comment! Be the first one.

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Siyasət
Nyu-Yorkda Azərbaycan və Fransa XİN başçıları görüşüblər
Ayla
Sentyabr 23, 2026
Siyasət
Nyu-Yorkda Azərbaycan–Belarus strateji tərəfdaşlığı müzakirə olunub
Ayla
Sentyabr 23, 2026
Dünya
Pezeşkian BMT-nin kürsüsünə Xameneinin şəkli ilə çıxdı
Ayla
Sentyabr 23, 2026
Siyasət
Fransa Azərbaycana Martin Ryanın əfv olunmasına görə təşəkkür edib  
Ayla
Sentyabr 23, 2026

Hadisələr.info — Azərbaycan və dünyada baş verən ən son hadisələr, operativ xəbərlər və aktual gündəm bir ünvanda.

 

Xəbər xətti

Zelenski: “Bu qışı Rusiya üçün də çətinləşdirməkdən başqa çarəmiz qalmayacaq”
Sentyabr 23, 2026
Ronaldu karyerasını başa vurmaq ehtimalından danışdı
Sentyabr 23, 2026
Şəkidə ağır yol qəzası: Bir ailənin 4 üzvü xəsarət aldı- VİDEO
Sentyabr 23, 2026

Top kateqoriyalar

Dünya 762
Hadisə 398
Siyasət 381
İdman 225

© 2026 hadiseler.info— Bütün hüquqlar qorunur.

  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya