Bakıda mərkəzi meydanlardan birinə Taras Şevçenkonun adı verildi
Bakıdakı meydanlardan birinə Ukraynanın dahi şairi və yazıçısı Taras Şevçenkonun adı verilib.
hadiseler.info xəbər verir ki, ad verilən ərazi Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə Abbasqulu Ağa Bakıxanov küçəsinin kəsişməsində, Taras Şevçenkonun heykəlinin yerləşdiyi meydandır.
Qeyd edək ki, həmin meydanda ucaya ucaldılan abidənin rəsmi açılış mərasimi 2008-ci ildə baş tutub.
No Comment! Be the first one.