Bakıda qadına qarşı cinsi zorakılıq edən və şantajla pulunu alan şəxs saxlanıldı – FOTO
Bakıda qadına qarşı cinsi zorakılıq törədərək şantaj yolu ilə külli miqdarda pulunu ələ keçirən şübhəli şəxs polis tərəfindən saxlanılıb.
hadiseler.info xəbər verir ki, Bakı şəhəri, Yasamal rayon sakini olan G.H. (ad və soyad şərtidir) polisə müraciət edərək Babayev Araz Ayaz oğlunun ona qarşı cinsi zorakılıq etdiyini, daha sonra isə şantaj etməklə 17 000 manat pulunu ələ keçirdiyini bildirib.
Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Araz Babayev saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb və araşdırmalar davam etdirilir.
No Comment! Be the first one.