Bakıda qayda pozuntusu ağır qəza ilə nəticələndi – ANBAAN GÖRÜNTÜLƏR
Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
hadiseler.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Məlumata görə, Hava limanı istiqamətində hərəkətdə olan minik avtomobili yolun hərəkət hissəsində dayanmış başqa bir nəqliyyat vasitəsinə çırpılıb. Kameralara düşən görüntülərdən aydın olur ki, yolda dayanan sürücü digər hərəkət iştirakçılarını xəbərdar etmək üçün təhlükəsizlik qaydalarına əməl etməyib.
NİİM-dən bildirilib ki, məcburi dayanma zamanı sürücülər mütləq qəza işıq siqnalını yandırmalı və avtomobildən ən azı 30 metr məsafədə qəza dayanma nişanı (üçbucaq) quraşdırmalıdırlar. Eyni zamanda hərəkətdə olan digər sürücülərin diqqətsizliyi və sürət həddini aşması bu tür qəzaların riskini dəfələrlə artırır.
No Comment! Be the first one.