Bakıda qırmızı işıqda keçən skuteri avtomobil vurdu – NİİM-dən XƏBƏRDARLIQ -VİDEO
Bakının Nəsimi rayonunda skuterin iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb.
hadiseler.info xəbər verir ki, hadisə Səməd Vurğun küçəsi ilə Mirzağa Əliyev küçəsinin kəsişməsində baş verib.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) müşahidə kameraları tərəfindən qeydə alınan görüntülərdə üzərində sərnişin olan skuterin svetoforun qırmızı işığında yolayrıcına daxil olduğu və avtomobillə toqquşduğu görünür. Mərkəzdən bildirilib ki, həmin skuter sürücüsü hadisədən 10 saniyə əvvəl də eyni qayda pozuntusuna yol verib, lakin həmin an yol boş olduğu üçün təhlükə qəzasız ötüşüb.
NİİM hərəkət iştirakçılarına müraciət edərək xəbərdarlıq edib:
Kiçik elektrik nəqliyyat vasitələrinin sürücüləri digər nəqliyyat vasitələri kimi işıqforun siqnallarının tələblərinə qeyd-şərtsiz əməl etməlidirlər;
Skuterlə sərnişin daşınması qətiyyən qadağandır;
Ümumi istifadədə olan avtomobil yollarında sağ kənar zolaqdan başqa digər zolaqlarla hərəkət etmək qadağandır.
Mərkəz bir daha vurğulayıb ki, yol hərəkətində “bu dəfə heç nə olmadı” düşüncəsi növbəti dəfə də qəza olmayacağı anlamına gəlmir.
No Comment! Be the first one.