Bakıda saxta içki satan mağaza AŞKARLANDI-FOTOLAR
Bakının Nərimanov rayonunda fəaliyyət göstərən alkoqollu içki mağazasında plandankənar yoxlama zamanı saxta məhsullar aşkarlanıb.
hadiseler.info xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən T.Əliyev küçəsi, 112 ünvanında yerləşən və fiziki şəxs Elxan Hüseynova məxsus obyektdə aparılan yoxlamada qida təhlükəsizliyi qaydalarının pozulduğu müəyyən edilib.
Ticarət obyektində saxtalaşdırılma əlamətləri olan aşağıdakı məhsullar tapılıb:
5 ədəd 1 litrlik və 25 ədəd 0,7 litrlik “OНЕГИН” əmtəə nişanlı alkoqollu içki.
5 ədəd 0,5 litrlik və 9 ədəd 0,7 litrlik “МЪНСКЪ” əmtəə nişanlı alkoqollu içki.
Faktla bağlı inzibati protokol tərtib olunub və həmin içkilərin satışı qadağan edilib. Məhsullardan müvafiq nümunələr götürülərək laborator müayinələrə göndərilib.





No Comment! Be the first one.