Bakıda və bölgələrdə hava necə olacaq?
Azərbaycanda noyabrın 7-nə olan hava proqnozu açıqlanıb.
hadiseler.info xəbər verir ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Havanın temperaturu gecə 8-11° isti, gündüz 15-18° isti təşkil edəcək.
Respublikanın rayonlarında da hava şəraitinin arabir yağıntılı keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı ehtimal olunur.
Bölgələrdə havanın temperaturu gecə 8-12° isti, gündüz 14-17° isti, dağlarda isə gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti olacaq.
No Comment! Be the first one.