Bakıda yanğını işıqlandıran media nümayəndəsinə hücum olundu – Cinayət işi açıldı
Noyabrın 1-də səhər saatlarında Bakının Nizami rayonu, Davud Aslan küçəsində baş vermiş yanğın hadisəsini işıqlandıran “APA Group”un (APA TV) əməkdaşına qarşı fiziki zor tətbiq edilib və onun peşə fəaliyyətinə qanunsuz maneə yaradılıb.
hadiseler.info xəbər verir ki, Nizami rayonunda yerləşən taxta bazarındakı yanğın sahəsindən çəkiliş aparan APA TV-nin müxbiri Sənan Bəhrəmliyə özünü mühafizəçi kimi təqdim edən şəxs hücum edib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, jurnalistə qarşı törədilən zorakılıq faktı ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə cinayət işi başlanılıb və hazırda istintaq tədbirləri davam etdirilir.
No Comment! Be the first one.