Hadisələr.info
Hadisələr.info
Quick Access
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Instagram
Youtube
X
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Son dəqiqə
Çavuşoğuldan Azərbaycanın Zəfər Günü ilə bağlı təbrik paylaşımı
Şuşada İlham Əliyev və Ərdoğanın təkbətək görüşü keçirilir
Ali Məhkəmənin kollektivi Zəfər Parkını ziyarət edib
Hadisələr.info
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
2M
3K
420K
Hadisələr.info
Hadisələr.info
Quick Access
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Instagram
Youtube
X
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Son dəqiqə
Çavuşoğuldan Azərbaycanın Zəfər Günü ilə bağlı təbrik paylaşımı
Şuşada İlham Əliyev və Ərdoğanın təkbətək görüşü keçirilir
Ali Məhkəmənin kollektivi Zəfər Parkını ziyarət edib
Siyasət

Beynəlxalq axtarışa verilən türkiyəli jurnalist Azərbaycan dövləti və xalqından üzr istədi

Oktyabr 16, 2026
57 Views

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən barəsində beynəlxalq axtarış elan edilən Türkiyənin “Şanlıurfa Olay” qəzetinin köşə yazarı Cəlal Çiftçi “X” sosial şəbəkə hesabında geniş müraciət yayımlayaraq Azərbaycan dövlətindən və xalqından rəsmi şəkildə üzr istəyib.

hadiseler.info xəbər verir ki, türkiyəli jurnalist bəyanatında ifadə etdiyi fikirlərdən dərin peşmanlıq duyduğunu qeyd edib:


“Açıqlamalarımın qardaş Azərbaycanda doğurduğu inciklik və kədərə görə peşmanam. İstifadə etdiyim ifadələrin məqsədimi aşması səbəbindən Azərbaycan dövlətindən və Azərbaycan xalqından açıq şəkildə və səmimiyyətlə üzr istəyirəm. Səmimi üzrümün qəbul edilməsini hörmətlə xahiş edirəm. Düşüncələrimi izah edərkən istifadə etdiyim dilin doğura biləcəyi nəticələri daha diqqətlə qiymətləndirməli idim”.

“Azərbaycanın müstəqilliyinə və suverenliyinə hörmətim tamdır”

Cəlal Çiftçi heç bir zaman Azərbaycanın daxili işlərinə qarışmaq və ya iğtişaş yaratmaq niyyətində olmadığını bildirib:

“Azərbaycanın daxili işlərinə müdaxilə etmək, xalqı dövlətə qarşı qaldırmaq, ölkədə iğtişaş yaratmaq, hakimiyyətin zorla ələ keçirilməsini və ya konstitusiya quruluşunun zorla dəyişdirilməsini istəmək kimi bir məqsədim heç vaxt olmayıb və ola da bilməz. Dini nifrət, ədavət və ya ayrı-seçkilik yaratmaq niyyətim də yoxdur.

Azərbaycan qardaş dövlətdir; Azərbaycan xalqı bizim qardaşımızdır. Azərbaycan Respublikasının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və konstitusiya quruluşuna hörmətim tamdır. Azərbaycanın gələcəyi ilə bağlı qərarların Azərbaycan xalqına və onun öz konstitusiya qurumlarına aid olduğunun şüurundayam”.

Köşə yazarı bəzi uyğun bilmədiyi paylaşım və məzmunları artıq sildiyini, bundan sonra bəyanatlarında daha diqqətli olacağını vurğulayaraq, aidiyyəti qurumlardan bu müraciətin və niyyətinin ədalətli şəkildə qiymətləndirilməsini xahiş edib: “Sözlərimlə incikliyə səbəb olduğum üçün kədərlənirəm və peşmanam. Azərbaycan dövlətindən və Azərbaycan xalqından bir daha üzr istəyirəm. İki dövlət, tək millət”.

Tags:

#Azərbaycan#BaşProkurorluq#CəlalÇiftçi#HadiselerInfo#ŞanlıurfaOlay#Siyasət#Türkiyə#Üzrİstədi

Share Article

Follow Me Written By

Ayla

Other Articles

Previous

Yeni marşrut xətti açılır

Next

Tramp Ağ Evin yeni mətbuat katibini vəzifəsindən azad etdi

Next
Oktyabr 17, 2026

Tramp Ağ Evin yeni mətbuat katibini vəzifəsindən azad etdi

Previous
Oktyabr 16, 2026

Yeni marşrut xətti açılır

No Comment! Be the first one.

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Siyasət
Çavuşoğuldan Azərbaycanın Zəfər Günü ilə bağlı təbrik paylaşımı
Ayla
Noyabr 8, 2026
Siyasət
Şuşada İlham Əliyev və Ərdoğanın təkbətək görüşü keçirilir
Ayla
Noyabr 8, 2026
Siyasət
Ali Məhkəmənin kollektivi Zəfər Parkını ziyarət edib
Ayla
Noyabr 8, 2026
Siyasət
Şuşada Türkiyə Prezidenti Ərdoğanın rəsmi qarşılanma mərasimi keçirilib – Video
Ayla
Noyabr 8, 2026

Hadisələr.info — Azərbaycan və dünyada baş verən ən son hadisələr, operativ xəbərlər və aktual gündəm bir ünvanda.

 

Xəbər xətti

Çavuşoğuldan Azərbaycanın Zəfər Günü ilə bağlı təbrik paylaşımı
Noyabr 8, 2026
Şuşada İlham Əliyev və Ərdoğanın təkbətək görüşü keçirilir
Noyabr 8, 2026
Ali Məhkəmənin kollektivi Zəfər Parkını ziyarət edib
Noyabr 8, 2026

Top kateqoriyalar

Dünya 1184
Siyasət 649
Hadisə 618
Cəmiyyət 353

© 2026 hadiseler.info— Bütün hüquqlar qorunur.

  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya