Binəqədidə tikilməkdə olan binada yanğın baş verib-VİDEO
Bakının Binəqədi rayonunda yerləşən tikilməkdə olan binada yanğın hadisəsi qeydə alınıb.
hadiseler.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə 7-ci mikrorayon ərazisində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Hadisə ilə bağlı dərhal FHN-in müvafiq qüvvələri əraziyə cəlb olunub. Operativ və təxirəsalınmaz müdaxilə nəticəsində tikilməkdə olan binadakı yanğın qısa müddətdə söndürülüb və alovun genişlənməsinin qarşısı alınıb.
No Comment! Be the first one.