Türkiyədə azərbaycanlı motosikletçi betonqarışdıran maşının altında qalaraq öldü
Türkiyənin Bodrum şəhərində Azərbaycan vətəndaşının ölümü ilə nəticələnən dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
hadiseler.info xəbər verir ki, 1988-ci il təvəllüdlü azərbaycanlı İbrahim Şükürov idarə etdiyi motosikletlə hərəkətdə olarkən betonqarışdıran maşının altında qalıb.
Hadisə yerinə dərhal təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Ağır xəsarətlər alan İ.Şükürova ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılsa da, həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qəzadan sonra betonqarışdıran maşının sürücüsü polis tərəfindən saxlanılıb. Hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.
No Comment! Be the first one.