Bişkekdə 6-cı Dünya Köçəri Oyunları başladı-VİDEO
Qırğızıstanın paytaxtı Bişkek şəhərində 6-cı Dünya Köçəri Oyunlarının təntənəli açılış mərasimi keçirilir.
hadiseler.info “AZƏRTAC”a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak edirlər.
Tədbir çərçivəsində Türk dünyasının zəngin mədəni irsini, etnik idman növlərini və köçəri ənənələrini əks etdirən genişmiqyaslı şou-proqram təqdim olunur.
No Comment! Be the first one.