Braziliyada prezident seçkiləri keçirilir
Braziliyada ölkənin gələcək siyasi kursunu müəyyən edəcək prezident seçkilərinə start verilib.
hadiseler.info xəbər verir ki, əsas mübarizə hazırkı Prezident Luis İnasio Lula da Silva ilə keçmiş Prezident Jair Bolsonaronun oğlu, senator Flavio Bolsonaro arasında gedir. Təxminən 159 milyon seçicinin səsvermə hüququna malik olduğu seçkilərdə namizədlərdən heç biri 50 faizdən çox səs toplaya bilməsə, ən çox səs alan iki namizəd oktyabrın 25-də keçiriləcək ikinci tura yüksələcək.
80 yaşlı Lula dördüncü dəfə prezident seçilməyə çalışır. Seçki kampaniyasında ölkənin suverenliyini ön plana çıxaran Lula ABŞ-nin Braziliya siyasətinə müdaxiləsini tənqid edir və Çinlə münasibətlərin gücləndirilməsini dəstəkləyir.
Onun 45 yaşlı rəqibi Flavio Bolsonaro isə ABŞ Prezidenti Donald Trampın müttəfiqi kimi tanınır. O, Vaşinqtonla, xüsusilə nadir minerallar sahəsində daha sərfəli razılaşmaların tərəfdarıdır. Flavio həmçinin dövlət çevrilişinə cəhddə ittiham olunaraq 27 il həbs cəzası alan atası Jair Bolsonaronu azadlığa buraxacağını vəd edib.
Qeyd edək ki, prezident seçkiləri ilə yanaşı, ölkədə 27 ştatın qubernatorları, 513 federal deputat və 81 senatordan 54-ü de seçilir.
No Comment! Be the first one.