Hadisələr.info
Hadisələr.info
Quick Access
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Instagram
Youtube
X
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Son dəqiqə
Vətən müharibəsi döyüşçüsünün xatirələri: “5 gün yaralı və susuz qaldım”  
Bu gün Azərbaycanda Anım Günüdür!
Deputat: “44 günlük müharibə Azərbaycanın şanlı tarixidir”
Hadisələr.info
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
2M
3K
420K
Hadisələr.info
Hadisələr.info
Quick Access
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Instagram
Youtube
X
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Son dəqiqə
Vətən müharibəsi döyüşçüsünün xatirələri: “5 gün yaralı və susuz qaldım”  
Bu gün Azərbaycanda Anım Günüdür!
Deputat: “44 günlük müharibə Azərbaycanın şanlı tarixidir”
Siyasət

Bu gün Azərbaycanda Anım Günüdür!

Sentyabr 26, 2026
34 Views

27 sentyabr Azərbaycanda Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Anım Günü kimi qeyd edilir.

hadiseler.info xəbər verir ki, Vətən müharibəsinin başlamasından altı il keçir. Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən təsis edilən bu gündə, saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunur.

2020-ci il sentyabrın 27-si səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini intensiv atəşə tutması nəticəsində, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə sürətli əks-hücum əməliyyatı başlatmaq barədə qərar verildi. Sonradan “Dəmir Yumruq” adını alan bu əməliyyat Vətən müharibəsinə çevrildi.

44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edildi. Moskvada imzalanan müqaviləyə əsasən, noyabrın 10-da hərbi əməliyyatlar dayandırıldı və dekabrın 1-dək Ağdam, Kəlbəcər və Laçın rayonları azad edildi.

Müharibə dövründə Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətlər etdi. Prezident 2020-ci il sentyabrın 27-də xalqa ilk müraciətində vurğuladı:

“Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Oktyabrın 4-dəki müraciətində “İndi biz göstərdik kim-kimdir… Biz xilaskar missiyamızı icra edirik və edəcəyik!”, oktyabrın 9-da isə status-kvonun ləğv olunduğunu bildirərək “Mən dəyişdirdim status–kvonu, dəyişdirdim! Bax, orada, döyüş meydanında. Yoxdur status-kvo. Təmas xətti, yoxdur təmas xətti. Yarmışıq onu. Onlar 30 il idi ki, qururdular bu təmas xəttini… Yarıb keçmişik. Azərbaycan əsgərinin qabağında heç kim heç nə edə bilməz” ifadələrini işlətdi.

Dövlət başçısı oktyabrın 17-də “Heç bir təhdid, heç bir hədə, heç bir təzyiq mənim iradəmə təsir edə bilməz. Bizim işimiz haqq işidir. Biz öz torpağımızda vuruşuruq, öz ərazi bütövlüyümüzü bərpa edirik”, oktyabrın 26-da isə “Biz əsgərlərimizin, zabitlərimizin canı-qanı bahasına bu torpaqları azad edirik. Həm döyüş meydanında, həm siyasi müstəvidə özümüzü təsdiqləmişik, dünyaya təsdiqləmişik. Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik” deyə bəyan etdi.

Noyabrın 8-də Şuşanın azad olunmasını Şəhidlər xiyabanından elan edən Prezident dedi:

“Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! …Bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq… Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”

Noyabrın 10-da kapitulyasiya aktının imzalanması ilə bağlı müraciətində isə dahi şüarı xatırlatdı:

“Xoşbəxtəm ki, bu tarixi sənədə imza atmışam. Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!”

Müharibədən sonra, 2023-cü il sentyabrın 19-da keçirilən birsutkalıq lokal antiterror tədbirləri nəticəsində separatçı rejim təslim oldu və Azərbaycanın konstitusiya quruluşu bərpa edildi. Sülh prosesi çərçivəsində isə 8 avqust 2025-ci ildə Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh sazişinin mətnini parafladılar.

Tags:

27SentyabrAnımGünühadiseler.infoŞuşaVətənMüharibəsiZəfər

Share Article

Follow Me Written By

Ayla

Other Articles

Previous

Deputat: “44 günlük müharibə Azərbaycanın şanlı tarixidir”

Next

Vətən müharibəsi döyüşçüsünün xatirələri: “5 gün yaralı və susuz qaldım”  

Next
Sentyabr 26, 2026

Vətən müharibəsi döyüşçüsünün xatirələri: “5 gün yaralı və susuz qaldım”  

Previous
Sentyabr 26, 2026

Deputat: “44 günlük müharibə Azərbaycanın şanlı tarixidir”

No Comment! Be the first one.

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Siyasət
Bu gün Azərbaycanda Anım Günüdür!
Ayla
Sentyabr 26, 2026
Siyasət
Deputat: “44 günlük müharibə Azərbaycanın şanlı tarixidir”
Ayla
Sentyabr 26, 2026
Siyasət
Prezident və ailə üzvləri Formula 1 Azərbaycan Qran-Prisini izləyiblər- FOTOLAR
Ayla
Sentyabr 26, 2026
Siyasət
Prezident Aleksandr Oşpelti qəbul etdi
Ayla
Sentyabr 26, 2026

Hadisələr.info — Azərbaycan və dünyada baş verən ən son hadisələr, operativ xəbərlər və aktual gündəm bir ünvanda.

 

Xəbər xətti

Vətən müharibəsi döyüşçüsünün xatirələri: “5 gün yaralı və susuz qaldım”  
Sentyabr 26, 2026
Bu gün Azərbaycanda Anım Günüdür!
Sentyabr 26, 2026
Deputat: “44 günlük müharibə Azərbaycanın şanlı tarixidir”
Sentyabr 26, 2026

Top kateqoriyalar

Dünya 786
Siyasət 423
Hadisə 415
İdman 244

© 2026 hadiseler.info— Bütün hüquqlar qorunur.

  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya