Bu gün hava necə olacaq?
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bölgələrdə isə bəzi yerlərdə arabir yağış yağıb şimşək çaxacağı gözlənilir.
hadiseler.info məlumat verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 13-16° isti, gündüz isə 17-20° isti olacaq.
Azərbaycanın rayonlarında isə bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur. Bölgələrdə havanın temperaturu gecə 12-15° isti, gündüz 17-20° isti, dağlıq ərazilərdə isə gecə 0-5° isti, gündüz 5-9° isti təşkil edəcək.
No Comment! Be the first one.