Bu gün uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
Sosial Xidmətlər Agentliyinin uşaq evi sosial xidmət müəssisələrindən 39 uşaq birinci sinfə qədəm qoyub.
hadiseler.info xəbər verir ki, bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yayıb.
Verilən məlumata görə, hazırda Sosial Xidmətlər Agentliyinin nəzdində fəaliyyət göstərən uşaq evi sosial xidmət müəssisələrində ümumilikdə valideyn himayəsindən məhrum olmuş 476 uşaq yaşayır.
No Comment! Be the first one.