Tiktoker “Çevik”ə ictimai yerdə hücum edildi: Həbslə bağlı maraqlı detal
DTX tərəfindən saxlanılan tiktoker “Çevik” (Məqsəd Bağırov) və Kamran Bilalovun həbsinin təfərrüatları məlum olub.
hadiseler.info xəbər verir ki, Kamran Bilalova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283.2.1-ci, Məqsəd Bağırova isə 283.1-ci maddəsi ilə rəsmi ittiham elan olunub.
İttihama əsasən, Kamran Bilalov Məqsəd Bağırovun mediada və sosial şəbəkələrdə nümayiş etdirdiyi dini baxışlarına görə ona ictimai yerdə zor tətbiq edərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. O, dini zəmində düşmənçilik salınmasına yönələn əməllər törətməkdə günahlandırılır.
Qeyd edək ki, “Çevik” ləqəbli Məqsəd Bağırovun özü də cəmiyyətdə dini inancları və ibadət yerlərini təhqir edən videolar yayaraq dini zəmində düşmənçilik salmaqda şübhəli bilinərək həbs edilib.
No Comment! Be the first one.