Bu gün Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır
Sentyabrın 18-də dahi bəstəkar, musiqişünas, pedaqoq, publisist və ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 141-ci ildönümü qeyd olunur.
hadiseler.info xəbər verir ki, bu əlamətdar gün münasibətilə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalına start verilir. 2009-cu ildən ənənəvi olaraq təşkil olunan mədəniyyət bayramı hər il yerli və xarici tanınmış ifaçıları, kollektivləri bir araya gətirir.
Sentyabrın 18-dən 30-dək davam edəcək festival çərçivəsində Bakı ilə yanaşı, Ağcabədi, Gəncə, Şuşa, Laçın, Ağdam və Lənkəranda geniş konsert proqramları, tamaşalar, sərgilər və təqdimatlar təşkil olunacaq. Eyni zamanda Özbəkistan, Almaniya və Türkiyədə də müxtəlif səpkili tədbirlər keçiriləcək. Builki festival həmçinin Bakıda Türk Dünyası Bəstəkarlarının I Qurultayının keçirilməsi ilə yadda qalacaq.
No Comment! Be the first one.