Bu rayonlarda qar yağdı – Faktiki hava açıqlandı
Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub, dağlıq rayonlara isə mövsümün ilk qarı yağıb.
hadiseler.info xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin saat 09:00-a olan faktiki hava məlumatında bildirilib.
Məlumata əsasən, dağlıq ərazilərə – Gədəbəy, Kəlbəcər, Daşkəsən, Xızı, Şahdağ, Xınalıq, Qrız, Xaltan, Qusar, eləcə də Şahbuzun Biçənək və Kükü kəndlərinə qar yağıb. Qar örtüyünün hündürlüyü Xınalıq və Qrızda 15 sm, Qusarda 8 sm, Xaltanda 6 sm, Şahdağda 2 sm, Xızıda isə 1 sm qeydə alınıb.
Bölgələrdə yağıntının miqdarı ilə bağlı bildirilib ki, Astarada 39 mm, Şamaxıda 24 mm, Qubada 19 mm, Lənkəran, Ağdam və Beyləqanda 18 mm yağıntı düşüb. Paytaxtda isə Bakıda 6 mm, Maştağada 5 mm, Binə, Ələt və Sumqayıtda 3 mm yağıntı qeydə alınıb.
Noyabrın 5-də bəzi yerlərdə şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25 m/s-dək güclənib. Həmçinin Daşkəsən, Xınalıq, Şamaxı, Şahbuz, Altıağac, Qrız, Qusar, Göygöl, Göyçay, Sabirabad, İmişli və Lerikdə duman müşahidə olunub, görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.
No Comment! Be the first one.