Bugün Nepalda matəm günüdür
Nepalda avqustun 26-da Rasuva rayonundakı Bhote-Koşi çayında baş verən dəhşətli daşqının 1300-dən çox qurbanının xatirəsinə matəm günü qeyd olunur.
hadiseler.info TASS-a söykənərək xəbər verir ki, matəm günü ilə əlaqədar respublikada hökumət binaları üzərində və onun xaricdəki diplomatik nümayəndəliklərində dövlət bayraqları yarıya qədər endirilib. Əhali məbədləri ziyarət edərək fəlakətdən zərər çəkənlərin və yaxınlarının xilası üçün dualar edir.
Təbii fəlakət Çinlə sərhəddən təxminən 20 kilometr məsafədə baş verən buz uçqunu nəticəsində yaranıb. Su, palçıq və qaya parçalarından ibarət güclü axın 70 kilometrdən çox məsafə qət edərək yaşayış məntəqələrini və infrastrukturu tamamilə sıradan çıxarıb. Fəlakət nəticəsində 32 min ailə evsiz qalıb, 7500-ə yaxın ev dağılıb, 589 xarici vətəndaş da daxil olmaqla təxminən 5000 nəfər isə hələ də itkin düşmüş hesab olunur.
No Comment! Be the first one.