Cəbrayılda minaya düşənlər şəhidin atası və qardaşıdır
Cəbrayıl rayonu ərazisində baş verən mina partlayışı zamanı xəsarət alan şəxslərin kimliyi məlum olub.
hadiseler.info xəbər verir ki, minalardan təmizlənməmiş ərazidə xəsarət alan şəxslər 2016-cı ilin Aprel döyüşlərində qəhrəmancasına həlak olan şəhid Ruhin Qəhrəmanovun ailə üzvləridir.
Minaya düşən şəxslərdən Əşrəf Elman oğlu Qəhrəmanov şəhidin atası, 2000-ci il təvəllüdlü Orxan Qəhrəmanov isə onun qardaşıdır. Əşrəf Qəhrəmanovun həm də Birinci Qarabağ müharibəsi veteranı olduğu bildirilir.
Xatırladaq ki, Ruhin Qəhrəmanov 2016-cı il aprelin 2-də Lələtəpə yüksəkliyinin azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub və ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.
No Comment! Be the first one.