Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının sədri ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının sədri Xəlilür Rəhmanla görüşüb.
hadiseler.info xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” sosial şəbəkə hesabında məlumat yayıb.
Görüşdə tərəflər BMT və digər çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar. Söhbət zamanı Azərbaycanın BMT-nin fəaliyyətində fəal iştirakı və qlobal çağırışların həllində çoxtərəfli əməkdaşlığa verdiyi mühüm töhfələr xüsusi vurğulanıb.
No Comment! Be the first one.