Ceyhun Bayramov Hakan Fidan ilə görüşdü
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 15-də ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan ilə görüşüb.
hadiseler.info xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Görüş zamanı Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin cari vəziyyəti və ikitərəfli əlaqələrdə son dövrlərdə baş verən proseslər ətraflı müzakirə olunub.
Həmçinin tərəflər Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşünün yekun nəticələri, eləcə də qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.
No Comment! Be the first one.