Çin Azərbaycanın AQEM-də sədrliyinin uzadılmasını alqışlayır
Çin Xalq Respublikası Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) gücləndirilməsi istiqamətindəki fəal səylərini təqdir edir və ölkəmizin sədrliyinin növbəti müddətə uzadılması qərarını məmnunluqla qarşılayır.
hadiseler.info xəbər verir ki, bu bəyanatla Çinin xarici işlər naziri Van İ Bakıda keçirilən AQEM-in 7-ci Zirvə Görüşündə çıxışı zamanı çıxış edib.
Çin XİN rəhbəri Azərbaycanın təşkilat çərçivəsində dialoqun və təhlükəsizlik tədbirlərinin inkişafına verdiyi töhfələri xüsusi vurğulayaraq, rəsmi Pekinin Bakı ilə əməkdaşlığı davam etdirmək əzmində olduğunu diqqətə çatdırıb.
No Comment! Be the first one.