Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verildi
Bakıda təşkil olunan cüdo üzrə böyüklər arasında dünya çempionatının fərdi yarışları yekunlaşdıqdan sonra Beynəlxalq Cüdo Federasiyasının (BCF) rəsmi bayrağının təhvil-təslim mərasimi keçirilib.
hadiseler.info Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan təntənəli mərasimdə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli, BCF-nin baş katibi Liza Allan və Qazaxıstan Cüdo Federasiyasının prezidenti Kuanışbek Yesekeyev iştirak ediblər.
Tədbir zamanı BCF bayrağı arenadakı dirəkdən endirilərək əsas səhnəyə gətirilib. Elnur Məmmədli bayrağı Liza Allana, o isə 2027-ci ildə növbəti dünya çempionatına ev sahibliyi edəcək Qazaxıstanın nümayəndəsi Kuanışbek Yesekeyevə təhvil verib. Bununla da mundiala ev sahibliyi simvolik olaraq Bakıdan Astanaya ötürülüb. Mərasim 2027-ci ildə Qazaxıstanın paytaxtında keçiriləcək dünya çempionatının rəsmi təqdimat videosunun nümayişi ilə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycan cüdoçuları ev sahibliyi etdiyimiz bu dünya çempionatında fərdi yarışları ümumilikdə 7 medal (1 qızıl, 2 gümüş, 4 bürünc) kazanaraq uğurla başa vurublar.
No Comment! Be the first one.