Dağlara qar yağıb, bəzi rayonlarda leysan olub — Faktiki hava şəraiti
Azərbaycanın əksər ərazilərində qeyri-sabit və yağıntılı hava şəraiti davam edir.
hadiseler.info xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata əsasən, yağıntılar ayrı-ayrı yerlərdə arabir leysan xarakterli, intensiv və güclü olub. Dağlıq ərazilərə — Qrız, Xınalıq, Şahdağ, Qusar və Şahbuz rayonunun yüksəkliklərinə isə qar yağıb. Qeydə alınan qar örtüyünün hündürlüyü Qrızda 10 sm, Xınalıqda 5 sm, Şahdağda 2 sm, Qusarda isə 1 sm təşkil edib.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında:
Maştağa: 37 mm (aylıq normanın 93%-i)
Binə: 21 mm (aylıq normanın 75%-i)
Bakı: 16 mm (aylıq normanın 57%-i)
Sumqayıt: 5 mm
Respublikanın rayonlarında ən çox yağıntı düşən ərazilər:
Kişçay (Şəki): 55 mm (aylıq normanın 64%-i)
Qəbələ: 51 mm (aylıq normanın 40%-i)
Sarıbaş (Qax): 45 mm (aylıq normanın 36%-i)
Oğuz: 45 mm (aylıq normanın 45%-i)
Göyçay: 41 mm (aylıq normanın 76%-i)
Astara: 30 mm
Kürdəmir: 26 mm (aylıq normanın 56%-i)
İsmayıllı: 24 mm (aylıq normanın 32%-i)
Şamaxı: 23 mm (aylıq normanın 30%-i)
Xızı: 22 mm (aylıq normanın 39%-i)
Yardımlı: 20 mm
Lənkəran: 18 mm
Gədəbəy: 17 mm (aylıq normanın 30%-i)
Qobustan: 17 mm (aylıq normanın 36%-i)
Lerik, Xaltan, Sabirabad, Göygöl, Qusar: 15-16 mm
Neftçala, Daşkəsən, Zərdab, Mingəçevir: 12-14 mm
Naftalan, İmişli, Tərtər, Beyləqan: 10-11 mm
Digər rayonlar: 1-9 mm
No Comment! Be the first one.