Daha 4 cüdoçumuz tatamiyə çıxır
Bakıda keçirilən cüdo üzrə dünya çempionatında mübarizə davam edir.
hadiseler.info xəbər verir ki, çempionatın növbəti günündə Azərbaycanın daha 4 təmsilçisi tatamiyə çıxacaq.
Qadınların yarışında Madina Kaisinova (+78 kq) 1/16 finalda İtaliya idmançısı Asya Tavano ilə üz-üzə gələcək.
Kişilər arasında ağır çəkidə (+100 kq) isə 3 cüdoçumuz medal uğrunda yarışacaq:
Camal Qamzatxanov (1/32 final) – Fransisko Solis (Çili)
Uşanqi Kokauri (1/16 final) – Emirxan Yoldoşkazıyev (Qırğızıstan)
Kənan Nəsibov (1/16 final) – Losseni Kone (Almaniya) / Vidak Malyeviç (Serbiya) cütünün qalibi
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan dünya çempionatı oktyabrın 11-də yekunlaşacaq. İndiyədək yığmamızın heyətində Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.
No Comment! Be the first one.