David Xudatyan: “Azərbaycanla enerji şəbəkələrinin əlaqələndirilməsi müzakirə olunur”
Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan İrəvan və Ankara arasında enerji sistemlərinin əlaqələndirilməsi imkanlarının nəzərdən keçirildiyini bildirib.
hadiseler.info Ermənistan mətbuatına istinadən xəbər verir ki, nazir elektrik enerjisinin ötürülməsini təmin etmək, eləcə də ehtiyac yarandıqda Türkiyəyə enerji satmaq və ya oradan almaq məqsədilə Gümrü-Qars xəttinin işə salınması məsələsinin müzakirə olunduğunu qeyd edib.
David Xudatyan bu prosesin hazırda Gürcüstan və İranla həyata keçirilən eyni məntiqə əsaslandığını vurğulayıb. O, əlavə edib ki, bu istiqamətdə analoji müzakirələrə Azərbaycanla da başlanılıb.
No Comment! Be the first one.