Dima Bilan Azərbaycanı təmsil edən uşağa dəstək oldu
Rusiyanın Əməkdar artisti Dima Bilan ikiqat Olimpiya çempionu Yevgeni Plyuşenkonun oğlu, hazırda Azərbaycanı təmsil edən fiqurlu konkisürən Aleksandr Plyuşenkonun “Instagram”dakı paylaşımına rəy yazıb.
hadiseler.info xəbər verir ki, sözügedən paylaşım yeniyetmə idmançının Ankarada fiqurlu konkisürmə üzrə ISU Qran-pri yarışının gənclər mərhələsindəki çıxışına həsr olunub.
“Saşa, təmkinli ol! Hər şey hələ yeni başlayır, qarşıda böyük təcrübə və daha çox qələbələr var. Hələlik isə bunlar həyat dərsləridir”, – deyə D.Bilan idmançıya mənəvi dəstəyini ifadə edib.
Qeyd edək ki, bir müddət əvvəl Rusiya Fiqurlu Konkisürmə Federasiyası Aleksandr Plyuşenkonun Azərbaycan milli komandasına keçidini rəsmən təsdiqləmişdi.
No Comment! Be the first one.