Diyarbəkirdə iti traktora bağlayıb qaçırdı- VİDEO
Türkiyənin Diyarbəkir şəhərində heyvana qarşı verilən işgəncə görüntüləri sosial şəbəkələrdə kəskin etiraza səbəb olub.
hadiseler.info DHA-ya istinadən xəbər verir ki, hadisə Bağlar rayonunun Bağcılar məhəlləsində qeydə alınıb.
Məlumata görə, şəxsiyyəti hələlik açıqlanmayan bir nəfər iti iple traktora bağlayaraq arxasınca qaçırıb. Heyvanın hərəkətdə olan traktordan geri qalmamaq üçün dalınca qaçdığı anlar ərazidən keçən başqa bir sürücü tərəfindən mobil telefonla anbaan lentə alınıb.
Görüntülər yayıldıqdan sonra aidiyyəti qurumlar tərəfindən araşdırmalara başlanılıb.
No Comment! Be the first one.