Türkiyədə kütləvi zəhərlənmə: 26 şagird toyuq dönərindən zəhərləndi
Türkiyənin Qaziantep vilayətində şagirdlərin kütləvi zəhərlənməsi ilə nəticələnən hadisə baş verib.
hadiseler.info xəbər verir ki, hadisə Nizip rayonunun Çanakçı məhəlləsində yerləşən internat tipli Quran kursunda qeydə alınıb.
İddiaya görə, xeyriyyəçi tərəfindən kənardan gətirilən toyuq dönərini yeyən 26 şagirdin səhhəti qəfildən pisləşib. Zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilən azyaşlılara dərhal tibbi yardım göstərilib. Hazırda şagirdlərin vəziyyətinin yaxşı olduğu bildirilir.
Faktla bağlı müvafiq qurumlar tərəfindən genişmiqyaslı araşdırma başladılıb.
No Comment! Be the first one.