Dmitri Medvedev Finlandiya Prezidentini təhqir etdi
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Finlandiya Prezidenti Aleksandr Stubbun Rusiyanın dərinliklərinə endirilən zərbələrlə bağlı bəyanatına kəskin reaksiya verib.
hadiseler.info xəbər verir ki, Medvedev bu barədə “Maks” messencerindəki hesabında paylaşım edib. O, Aleksandr Stubbu peşəkarlıqdan kənar, “mənəvi şikəst və axmaq” adlandıraraq onun ünvanına təhqiramiz ifadələr işlədib.
Xatırladaq ki, bundan əvvəl Finlandiya dövlət başçısı logistika infrastrukturlarına və anbarlara endirilən zərbələrin Rusiyanı sülh danışıqlarına məcbur edəcəyini bildirmişdi. Stubb, həmçinin Qərb ölkələrini Ukraynaya hərbi və maliyyə dəstəyini artırmağa, eləcə də Rusiya ərazisinin dərinliklərinə raket və dron zərbələri endirmək üçün şərait yaratmağa çağırmışdı.
No Comment! Be the first one.