“Dolfin” qasırğası Çinə yaxınlaşır: Ən yüksək təhlükə səviyyəsi elan olundu
Çinin şərq sahillərinə güclü “Dolfin” qasırğasının yaxınlaşması ilə əlaqədar meteoroloji təhlükənin ən yüksək – qırmızı səviyyəsi elan edilib. Bu barədə ölkənin Milli Meteorologiya Mərkəzi məlumat yayıb.
Proqnozlara görə, tayfunun zərbəsi bazar günü axşam və ya bazar ertəsi gecəsi Çjezyan əyalətindəki Çouşan şəhəri ilə Fuszyan əyalətindəki Fudin şəhəri arasında yerləşən sahil zolağına düşəcək. Quruya çatdıqda küləyin sürətinin saniyədə 38-45 metrə qədər yükələcəyi, ölkənin daxili rayonlarına doğru irəlilədikcə isə tədricən zəifləyəcəyi bildirilir.
Fırtına səbəbindən çərşənbə axşamınadək Şərqi Çin dənizi, Dyaoyudao adaları, Hançjou körfəzi, Çjezyan sahilləri və Yanzı çayının mənbəyində güclü külək müşahid olunacaq. Çərşənbə gününə qədər isə Fuçzyan, Çjezyan, Şanxay, Szyansi, Szyansu, Anhoy, Hubey, Henan, Şandun, Hebey, Pekin və Tyanszin bölgələrində şiddətli yağışlar gözlənilir.
Meteoroloqların qiymətləndirməsinə əsasən, “Dolfin” qasırğası qeyri-adi dərəcədə uzun ömürlülüyü ilə seçilir. Onun aktivliyinin 15 gündən çox davam edəcəyi ehtimal olunur ki, bu da ortalama tayfun müddətindən üç dəfə çoxdur.
No Comment! Be the first one.