Dövlət Bağçalı: “Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür”
MHP sədri Dövlət Bağçalı Azərbaycan-Türkiyə qardaşlığının siyasi və diplomatik məsələlərdən daha dərin və üstün olduğunu bildirib.
hadiseler.info xəbər verir ki, o, Türkiyə Cümhuriyyətinin 103-cü, Türk respublikalarının müstəqilliyinin 35-ci ildönümü və Türk Dövlətləri Təşkilatının Ankara Zirvəsi münasibətilə yazılı açıqlama yayıb.
Açıqlamada Azərbaycan və Türkiyə arasındakı qardaşlığın iki xalqın iradəsi ilə gücləndiyi, ortaq mübarizə nəticəsində möhkəmləndiyi vurğulanıb. Dövlət Bağçalı Türk dünyasındakı fikir ayrılıqlarının dərinləşməsinə və ixtilafların daimi parçalanmaya çevrilməsinə imkan verilməməli olduğunu qeyd edib. MHP sədri həmçinin Türk dünyasının gücünün qarşılıqlı etimadda, müstəqilliyə hörmətdə və ortaq məqsədlər ətrafında birliyin qorunmasında olduğunu bildirib.
No Comment! Be the first one.