Dron hücumu Rusiyanın ən böyük neft terminalını iflic etdi
Rusiyanın Qara dəniz sahilində yerləşən ən böyük neft ixrac terminalı “Şesxaris” dron hücumundan sonra fəaliyyətini dayandırmağa məcbur olub.
hadiseler.info xəbər verir ki, bu barədə “Reuters” agentliyi öz etibarlı mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, sutkada təxminən 700 min barel neft yola salan terminalda tankerlərə yanacaq vurulması tamamilə dondurulub.
Agentliyin mənbəsi bildirir ki, terminaldakı çənlər maksimum həddə qədər dolduğu üçün liman artıq yeni neft qəbulunu da dayandırmalı olub.
Qeyd edək ki, “Şesxaris” Rusiyanın Qara dəniz hövzəsindəki əsas neft qovşağı hesab olunur. Keçən ay Novorossiysk limanı vasitəsilə gün ərzində orta hesabla 1 milyon barelə yaxın neft xaricə göndərilmişdi.
No Comment! Be the first one.