Şəmkirdə dəhşətli yol qəzası: 5 nəfər həyatını itirdi
Bakı-Qazax magistral yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində ölümünlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
hadiseler.info xəbər verir ki, hərəkətdə olan “VAZ 2106” və “KİA” markalı minik avtomobilləri şiddətlə toqquşub. Zərbənin gücündən nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
Qəza nəticəsində 3-ü uşaq, 2-si böyük olmaqla ümumilikdə 5 nəfər hadisə yerində həlak olub.Əraziyə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
No Comment! Be the first one.