Ebola epidemiyasında ölənlərin sayı 1801-ə çatıb
Kongo Demokratik Respublikasında (KDR) may ayında başlayan Ebola epidemiyası davam edir. Təhlükəli virus səbəbindən həyatını itirənlərin sayı artıq 1801 nəfərə yüksəlib.
Hadisələr.info xəbər verir ki, bu barədə KDR Səhiyyə Nazirliyi rəsmi məlumat yayıb. Nazirliyin son hesabatına görə, ölkədə təsdiqlənmiş yoluxma hallarının sayı 3 973-ə çatıb.
Səhiyyə qurumları xəstəliyin sürətlə yayıldığını bildirir. Belə ki, epidemiya hazırda ölkənin 5 əsas əyalətini əhatə edir. Bunlar Ot-Uele, İturi, Şimali Kivu, Cənubi Kivu və Tşopo əyalətləridir. Ümumilikdə isə virus 51 ayrı bölgede qeydə alınıb.
Ebola epidemiyasında ölüm göstəricisi yüksəkdir
Açıklanan rəsmi rəqəmlərə əsasən, qeydə alınan hallar üzrə ölüm faizi 45,3 təşkil edir. Bununla yanaşı, xəstələrlə təmasda olan şəxslərin izlənməsi göstəricisi 75,3 faizə çatıb.
Mütəxəssislər virusun yayılma sürətini azaltmaq üçün təcili tədbirlər görürlər. Eyni zamanda, təmasda olan şəxslər ciddi nəzarətdə saxlanılır. Regionda profilaktik addımlar və tibbi nəzarət daha da gücləndirilib.
.
No Comment! Be the first one.