Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə gətiriliblər
Bakının Əhmədli qəsəbəsində kafelərin birində baş verən kütləvi dava və qətl hadisəsi ilə əlaqədar saxlanılan şəxslər məhkəmə qarşısına çıxarılıblar.
hadiseler.info xəbər verir ki, kütləvi dava-dalaş və qətl hadisəsi ilə bağlı saxlanılan şəxslər Xətai Rayon Məhkəməsinə gətiriliblər. Proseslə bağlı “Real TV” tərəfindən video görüntülər yayımlanıb.
Xatırladaq ki, kriminal aləmdə “Ceyhun Sabunçu” kimi tanınan şəxsin qətlə yetirildiyi həmin görüşün deputat Arzuxan Əlizadənin oğlu Əhməd tərəfindən təşkil edildiyi bildirilir. Məlumata görə, onun əsas məqsədi aralarında münaqişə olan tərəfləri barışdırmaq olub. Ötən gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə yerindən qaçan daha 2 nəfər də müəyyən edilərək saxlanılıb.
No Comment! Be the first one.