Əlcəzairdə genişmiqyaslı meşə yanğınları: 12 ölü, 54 yaralı-VİDEO
Əlcəzairin şimal-şərqində başlayan şiddətli meşə yanğınları ağır nəticələrə səbəb olub.
hadiseler.info xəbər verir ki, Daxili İşlər Naziri Səid Sayudun verdiyi məlumata görə, fəlakət nəticəsində azı 12 nəfər həyatını itirib, 54 nəfər isə xəsarət alıb. Ölümlər Cijel (5 nəfər), Bejaia (4 nəfər) və Tizi Uzu (3 nəfər) əyalətlərində qeydə alınıb.
Xəsarət alan 54 nəfərin Bejaiadakı xəstəxanada yanıq və tüstüdən zəhərlənmə diaqnozu ilə müalicə olunduğu, onlardan 6-sının vəziyyətinin ağır olduğu bildirilir. Hadisə ilə əlaqədar onlarla ailə təhlükəli zonalardan təxliyə edilib.
Mülki Müdafiə qüvvələrinin məlumatına əsasən, gün ərzində ölkə üzrə 154 meşə yanğını qeydə alınıb. Skikda, El Tarf, Buira, Tizi Uzu və Tebessada alov nəzarətə götürülsə də, Bejaia və Cijel əyalətlərində yanğınla mübarizə davam etdirilir.
No Comment! Be the first one.