Əli Əsədovdan vacib QƏRAR
Azərbaycanın diplomatik nümayəndəliklərinin və konsulluqlarının fəaliyyət göstərdikləri müharibə və silahlı münaqişə şəraitində olan xarici dövlətlərin siyahısına dəyişiklik edilib.
hadiseler.info xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı yeni Qərara əsasən, İran İslam Respublikası da sözügedən siyahıya daxil olunub.
Qərar Azərbaycan Respublikasının İrandakı diplomatik nümayəndəliklərinin və konsulluqlarının fəaliyyətinin tənzimlənməsi hüquqi çərçivəsində qəbul edilib.
No Comment! Be the first one.