Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı
Xüsusilə külli miqdarda dələduzluqda və digər əməllərdə ittiham olunan “Azea Group” MMC-nin rəhbəri Elsevər Əliyevin həyat yoldaşı cinayət məsuliyyətinə cəlb edilib.
hadiseler.info xəbər verir ki, E.Əliyevlə birgə fəaliyyət göstərən həyat yoldaşı Ayçiçək Əliyeva polis əməkdaşları tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan olunub. A.Əliyevanın himayəsində azyaşlı övladının olması və ərinin xəstəliyi nəzərə alınaraq, istintaq dövrü üçün barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Bakıda evlərin tikintisi və təmiri ilə məşğul olan “Azea Group” MMC-nin rəhbəri Elsevər Əliyev də əvvəl polis tərəfindən saxlanılmış, lakin xəstəliyi ilə əlaqədar ev dustaqlığına buraxılmışdı. Hər iki şəxs Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin keçirdiyi tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib. Hazırda idarənin Təhqiqat və istintaq şöbəsində araşdırmalar davam etdirilir.
No Comment! Be the first one.